POLITICON.COM

Uğursuz demokratiya və sonsuz siyasi böhran

Uğursuz demokratiya və sonsuz siyasi böhran

Gürcüstanda regionun yeganə demokratiyasını dərin böhranla təhdid edən və getdikcə dərinləşən çaxnaşmaya baxmayaraq ölkənin əsas müxalif partiyasının lideri çərşənbə günü keçirilən polis reydi zamanı həbs olunub və istintaqa göndərilib. “RoboCops” adlanan polis bölmələri müxalifət partiyasının iqamətgahına hücum edərək Melianı həbs ediblər. Bundan sonra isə minlərlə etirazçı Melianın azadlığa çıxmasını tələb edərək küçələrə axışıb. Hücum zamanı yaralanan digər müxalif liderlər də olub. 

Reyddən əvvəl eks-nazir Giorgi Qaxaria partiya daxilində Melianın həbs qərarının tətbiqini dəstəkləyən danışıqlardan sonra istefa etdi. “Bu, Gürcüstan üçün potensial düzəlt ya dağıt zamanı idi” deyə Corc  Buş administrasiyasında demokratiya, insan haqları və əmək məsələləri üzrə ABŞ dövlət katibinin köməkçisi David Kramer bildirib. “Beynəlxalq ictimaiyyət bu məsələyə tezliklə və inandırıcı şəkildə cavab verməlidir, eyni zamanda, Melianın azad olunmayacağı və bütün partiyaların danışıqlar masasına qayıtmayacağı təqdirdə Gürcüstanı bu böhran nöqtəsinə çatmağa məcbur edənlərin ağır sanksiyalara məruz qalacaqlarını bildirməlidir”. Bu siyasi qarşıdurma milyarder oliqarx Bidzina İvanişvili tərəfindən dəstəklənən “Gürcü arzusu”nun oktyabrdakı parlament seçkilərində qalib gəlməyindən qaynaqlanır. “Gürcü Arzusu” onun yerinə “Balaca güclü kişi” adlandırırlan keçmiş müdafiə naziri və İvanişvilinin müttəfiqi olmuş İrakli Qaribaşvilini namizəd olaraq irəli sürdü, o isə qısa zamanda Melianın öz iqamətgahında həbsini təmin etdi. Reyddən sonra Qaribaşvili Melianı “adi cinayətkar və terrorist” adlandırırdı: “Nə vaxtdan siyasi partiyalar cinayətkarlar üçün təhlükəsiz cənnətə çevrilib”? Polis rəsmiləri keçirilən reydi müdafiə edərək müxalifət üzvlərinə “mütənasib şəkildə güc” tətbiq etdiklərini bildiriblər.  UNM lideri  bildirib ki, polis iqamətgahdan bir neçə kompüter serverinin məlumatlarını oğurlayıb. “Bu hadisələrə gülümsəyən insanlar isə indi Kremldə oturub” deyə Kramer bildirib. “Onlar bunun Gürcüstanın NATO və Aİ-yə üzv olma cəhdlərinə necə təsir edəcəyini yaxşı başa düşürlər”. Mübahisəli seçkilərə görə getdikcə artan qarşıdurma illərlə Gürcüstanı post-sovet ölkələri arasında demokratik uğuruna görə göylərə qaldıran Qərb diplomatlarını sayıq olmağa məcbur edir. Gürcüstan cəmiyyətindəki qütbləşmə və qarşıdurma öz pikinə çatıb. Ölkə mürəkkəb regionda avtokratik rejimlərlə əhatələnmiş demokratik ada kimi tanınırdı, lakin indiki situasiya göstərdi ki, “Gürcü arzusu” hökuməti bir addım geriyə çəkib. 

Müxalifət liderləri keçmişdə də həbs olunublar və ya məhkəməsiz istintaqa göndəriliblər, lakin Avropanın bunlara reaksiyası həmişə qəti olub və sonunda onlar azad olunublar. Seçki manipulyasiya olunurdu, lakin nəhayət ki, baş tutdu və hakim partiyanı nəticələrə müdaxilə etməklə yanaşı, müxalifəti təqiblərə məruz qoymağa və azad medianı susdurmağa məcbur etdi. 

Gürcü liderləri ölkə müstəqil olduqdan sonra özlərini bütün dövlətin sahibi və xalqın hökmdarı olan feodal əsilzadələr kimi apardıqlarından, çoxunun dövlət, qurumlar, iqtisadiyyat və s. kimi məfhumlara qarşı məsuliyyət hissi yoxdur. “Gürcü arzusu” üzvlərinin, liderlərinin və hökumətin istənilən formada tənqidi antaqonist bir ifadə kimi qəbul olunur. 

Son qərarlardan aydın olur ki, Qərb Gürcüstandakı hadisələrdən narahatdır və məhbusların azadlığa buraxılmasını, partiyaların siyasi həll üçün danışıqlara başlamasını tələb edir. Hökumət isə Qərbdəki müttəfiqlərinə qulaq asmaq istəmir və vəziyyəti mürəkkəbləşdirməyə davam edirlər. Dostlarımızın və müttəfiqlərimizin tonu indi daha ciddidir və əgər həll yolu təklif etməsək Gürcüstana qarşı sanksiyalarla yanaşı azad viza rejiminin də ləğvini görə bilərik. 

Bu əsnada, xalq siyasi məhbusların azadlığını və erkən seçkilərin keçirilməsini tələb etdikcə küçə etirazları davam edəcək. 

Əgər Bayden Amerikanın qlobal lider kimi geri dönüşündə verdiyi sözün üstündə dursa, o, Gürcüstanın demokratik ruhu üçün gedən döyüşlərdə neytral qala bilməyəcək. Amerika Cənubi Qafqaz dövləti olmasa da, Cənubi Qafqazın gücü olmalıdır. Vaşinqton Brüsseldə nümayəndəlik etməli deyil. ABŞ liderliyi Gürcüstandakı çıxılmaz vəziyyəti aradan qaldırmaq üçün əvəzsiz vasitədir. 
 


Digər yazılar