Politicon gənc tədqiqatçılara sosial elmlər sahəsində yazılarını paylaşmaq imkanı verən müstəqil bir platformadır. Biz qlobal siyasət, təhlükəsizlik, beynəlxalq iqtisadiyyat, siyasi elmlər və beynəlxalq hüquq kimi müxtəlif mövzularda analitik yazılar, esselər və kitab icmalları dərc edirik.
Politicon olaraq inanırıq ki, ideyalar cəmiyyətləri dəyişmək gücünə malikdir. Bu səbəbdən missiyamız gənc tədqiqatçılara qlobal diskussiyalara qatılmaq və öz fikirlərini geniş auditoriyaya çatdırmaq üçün platforma təqdim etməkdir.
Politicon, Bakıda yerləşən Topçubaşov Mərkəzi tərəfindən idarə olunan qeyri-kommersiya təşəbbüsüdür.