POLITICON.COM

Məcburedici diplomatiya nədir?

Məcburedici diplomatiya nədir?

“Ümumi olaraq, dövlətlər sistemində güc tətbiqi sülh və müharibə arasında fərq yaradır. Bununla belə, beynəlxalq siyasət çox vaxt sülh və müharibə olmayan qarışıq bir bölgədə baş verir, zorakılıq təhdidi - tətbiq edilməsindən daha çox dövlətlərarası münasibətlərin və böhranların başa düşülməsi üçün vacib bir dəyişkəndir" 1  
                                                                                                                                                                                                                                    
Sperandei, 2006

Bu dəyişkənin özünəməxsus xüsusiyyəti həm diplomatiyanın, həm də strategiyanın bir hissəsinə çevrilir, buna görədir ki məcburi diplomatiya anlayışı məcburiyyət strategiyasından  ayırd edilə bilmir. Bu məqalə məcburedici diplomatiyanın xüsusiyyətlərini və onun nə üçün sadəcə diplomatiyaya və ya güc tətbiqinə aid olmadığını izah edir. Məcburi diplomatiyanın formaları hansılardır? Öz sərhədləri daxilində güc tətbiq etmə formaları hansılardır? Güc məcburetmə baxımından hansı rol oynayır? Bu esse, ilk növbədə, məcburi diplomatiya və sərt güc anlayışı arasındakı fərqlərdən bəhs edir. İkinci hissə iki növ məcburedici tipdən, yəni çəkindirmə və məcburetmə tiplərindən bəhs edir.  Üçüncü hissə güc istifadəsinin məcburi diplomatiya hüdudlarından kənara çıxmayan iki növünü nəzərdən keçirir. Əvvəlcədən xatırlatmaq lazımdır ki, iqtisadi sanksiyalar məcburi diplomatiyanın bir hissəsi hesab edilsə də, bu əsər nisbi müasirliyinə görə çəkindirməyə deyil, məcburedici tipə fokuslanaraq hərbi gücdən istifadəyə ciddi diqqət yetirir. 

Daniel Byman və Matthew Waxman'a görə, məcburetmə - "təhdid edilən qüvvənin tətbiqi və bəzən həqiqi qüvvənin məhdud şəkildə istifadə edilməsi və bunun nəticəsində düşmənin davranışını dəyişdirməyə təhrik etməkdir". Məcburiyyət anlayışını düzgün başa düşmək üçün Thomas Shelling başqa bir termin təklif edir: "qəddar qüvvə", məna etibari ilə düşməni inandırmağa çalışmadan zorakılıq yolu ilə istədiyi şeyi əldə etməyi nəzərdə tutur. Məcburiyyət, rəqibin qəddar qüvvə tətbiq etmədən tələblərinə uyğun davranmasına nail olmaq kimi başa düşülə bilər, əks halda isə müqavimət göstərmək imkanlarını saxlayacaqdır. Buna baxmayaraq, var olan gücün məhdud istifadəsi də məcburetmə strategiyasının bir hissəsidir: həqiqətən "məcburiyyət strategiyasının əsas hissəsi etibarlılığı artırmaq vəya dirənmənin bədəlinin nə olduğunu nümayiş etdirməkdir. Məcburiyyətin qəddar gücdən fərqliliyini aşağıdakı nümunələrlə göstərə bilərik: 1994-cü ildə Birləşmiş Ştatlar Haitidəki hərbi rejimi hərbi işğalla hədələyərək təslim olmağa məcbur etdi, lakin məqsədlərinə çatmaq üçün heç bir qüvvə tətbiq etmədilər, halbuki 1981-ci ildə İsrailin Osiraqda (şirkətin adı) İraqın nüvə reaktorunu bombalaması, qəddar qüvvənin bir nümunəsidir, çünki tətbiq etməklə İsrail rəqibin siyasətini dəyişdirəcəyini gözləmirdi.2    Ancaq bütün alimlər bu iki anlayış arasındakı fərqlə razılaşmırlar. Byman və Waxman'ın dediyi kimi, "qəddar qüvvəni məcburiyyətdən ayırmaq, pornoqrafiya və ya sənəti təşkil edən şeylər arasındakı mübahisəyə bənzəyir: məcburiyyət tez-tez davranışçının baxış bucağında olur".3
 
Məcburiyyət strategiyaları çəkindirmə və məcburiyyət baxımından iki alt kateqoriyaya bölünə bilər. Çəkindirmə qarşı tərəfi arzuolunmaz bir hərəkətə başlamaqdan çəkindirmək, məcburedici strategiya isə güc tətbiqi təhdidi ilə qarşı tərəfin müəyyən bir tədbir görməsini tələb edir. Schelling-in fərqi izah etdiyi kimi, "Çəkindirməkdən daha çox məcbur edən təhdid, çox vaxt cəzanın digər davranışlara qədər tətbiq olunmasını tələb edir".  Bu konseptlərin risklərdən, təhdidlərdən və seçimlərdən asılılıq kimi bəzi ümumi xüsusiyyətləri olsa da, onlar fərqli cəhətlərdən bir-birlərindən ayrılırlar. Nüvə silahlarının getdikcə dağıdıcı xarakteri və soyuq müharibənin başlaması nəticəsində "qızıl dövrü" olan çəkindirmə strategiyası, məcburedicinin arzuolunmaz hesab etdiyi və sonra qarşı tərəfin seçim etdiyi zaman açıq mesajların göndərilməsini və qarşı tərəfin qadağan edilmiş hərəkət etdiyi zaman güc tətbiq edilməsini nəzərdə tutur. Halbuki, Soyuq müharibədən sonra tək qütblü sistemin qurulması və ABŞ-a qarşı heç bir bərəbər gücün olmaması ilə klasik caydırma strategiyası üzərində aktuallıq qazanan məcburetmə strategiyası rəqibin hərəkət etməsini və ya fəaliyyətini dayandırmasını məcbur etmək üçün məcburedicinin özü tərəfindən hərəkətə başlamağı nəzərdə tutur və yalnız düşmən qarşı çıxdıqda dayanır.5  
 
Çəkindirmənin vaxt məhdudiyyəti yoxdur, lakin məcburiyyət dəqiq zaman tələb edir. Əslində məcburetmə strategiyasında, vaxt məhdudiyyəti olmadan edilən təhdid, məcburiyyətçinin məqsədlərinə xidmət etməsi üçün uyğun deyil. Çəkindirməni Patrick Morgan ümumi və dərhal çəkindirmə olaraq 2 hissəyə bölür. Ümumi çəkindirmə, planlaşdırılan və ya edilməsindən asılı olmayaraq bir hərəkətin qarşısını almağı, halbuki dərhal çəkindirmə isə konkret hadisələrə yönəlməyi nəzərdə tutur. Məsələn, ABŞ-ın ən uğurlu ümumi çəkindirmə tədbirlərindən biri olaraq Şimali Atlantika Müqaviləsi Təşkilatının qurulmasını göstərmək olar. Çəkindirmənin məqsədi ümumi status kvonu qorumaq, buna qarşılıq məcburedici təhdidlər özünü məhdudlaşdırmaq vəya status-kvonu qorumaqdan daha çox, rəqibin itaətkarlığına diqqət yetirir. Buna görə, məcburetmə strategiyası çəkindirmə strategiyasından daha çətindir. 

Nəticə etibarı ilə cəza təhdidi ilə əlaqəli olan məcburetmə, düşmənə də müəyyən qədər zərər verməyidə nəzərdə tutur. Bu cəzaların düşmənlərə necə tətbiq olunduğunu müşahidə edərək, strategiyanın iki növünü ayırd edə bilərik: inkar və cəza. Məcbur edən qarşı tərəfin əhalisinin mülki-sənaye aktivlərinə hücum etmək niyyətindədirsə və insanların əziyyətlərinin hökumətə böyük təzyiq göstərəcəyinə ümid edirsə, o zaman cəza strategiyasını həyata keçirir. Yeri gəlmişkən, eyni məntiq iqtisadi sanksiyaların tətbiqi üçündə keçərlidir. Digər tərəfdən, əgər məcburedici rəqibin hərbi imkanlarını, hərbi istehsal sənayesini və ya təchizat xəttlərini hədəfə alırsa, bu tip əks qüvvə strategiyası inkar strategiyası adlanır. İnkar strategiyası baxımından üç növ misya qəbul edilə bilər. Birincisi, hava gücü birbaşa düşmən qüvvələrinin hərbi qüvvələrinə hücum etmək və ümumiyyətlə quru qüvvələri ilə əlaqəli şəkildə onları pozmaq üçün istifadə edilə bilər. İkinci, məcburedici müdafiədə olan tərəfin strateji məhsulları idxal etməsinə mane ola bilər, hansı ki bu strateji əngəlləmə adlanır. Üçüncü seçim isə hədəfi ordu qüvvələrinin yenidən toplanmasının qarşısını almaqla məşğul olan əməliyyatlara aiddir. İnkar strategiyasının yolları, müharibə etmə yollarına olduqca yaxınlaşır, "inkar etmə ilə zorla hərbi qələbə arxasındakı fərqi dahada qeyri-müəyyənləşir". Fərq budur: “Müharibə nəzarət tətbiq etmək məqsədi güdür, inkar isə nəzarət tətbiq etməklə təhdid edir. Yenə də imtina acı sona qədər aparılsa, bu, idarəetməyə səbəb olacaqdır. Lakin Gareth Porter, Vyetnam hadisəsini xatırladaraq, “Lyondon Johnson məcburedici gücün limitini aşaraq vacib olmayan müharibəyə daxil oldu”, məcburedici gücün limitini bilmək çox vacibdir.6  

Beləliklə, inkar və cəza strategiyalarını nəzərdən keçirərkən hava gücünün əhəmiyyətini inkar edə bilmərik, xüsusən də soyuq müharibə dövrü haqqında danışsaq, hava gücü bu dövrün ən əhəmiyyətli hərbi əməliyyatlarının vacib bir hissəsi təşkil edir. Michael Horowitz və Dan Reiter-in fikrincə, demokratikləşən cəmiyyətlərin tələfata həssaslığının artması və ən az itkinin hava gücü əməliyyatlarında verilməsi ehtimalı hava müharibəsinin əhəmiyyətinin artmasına səbəb olan əsas amillərdəndir. Hava gücünün cəza və ya inkar strategiyası baxımından istifadə olub olmadığını nəzərə alaraq burada əhəmiyyətli bir fərq qoyulmalıdır. Robert Pape, fərqli məqalələrində, inkar etmə strategiyasına qarşı cəza, dəqiq silah strategiyasına qarşı və "çəkic və dırnaq" əməliyyatları kimi anlayışları müqayisə edir və həlledici təsirləri haqqında açıqlamalar verir. Birincisi, 1990-cı illəri nəzərə alaraq empirik faktlar aparmaqla Pape vurğulayır ki, təyyarələrin nə qədər dəqiq olacağından asılı olmayaraq, hava döyüşlərinin tək istifadəsi, “çəkic və dırnaq" strategiyasında olduğu kimi düşməni sıxışdırmaqda hava və quru qüvvələrinin birləşməsi qədər təsirli ola bilməz.7  İkincisi, 1917-ci ildən 1991-ci ilə qədər olan hava gücünü əməliyyatlarının təzyiq hallarının hamısını təhlil edərək, cəza strategiyalarının büyük ehtimal uğursuz olacağını iddia edir, inkar strategiyası isə uğur qazanmaq üçün ən yaxşı strategiyadır. Murray tərəfindən Körfəz Döyüşünün (1998) araşdırılması bu nəticəni dəstəkləyir ki, Körfəzdəki İraq qüvvələrinə edilən hava hücumları Səddamın qüvvələrini Bağdada geri çəkməsinə səbəb oldu.8  

Ümumiyyətlə, heç kim inkar strategiyasının cəza strategiyasından üstünlüyünü inkar etmir. Bəs niyə cəza strategiyasını müzakirə etməyə davam edirik? Cavab icra xərcləri ilə bağlıdır. Əslində, xərc-fayda təhlili məcburetmə ilə bağlı tədqiqatların vacib hissəsidir. Düşmən baxımından, müqavimət xərclərinin (təhdidin qarşısını almaq xərcləri və məcburedici sanksiyaların tətbiq etdiyi ağrılar) itaət etmə xərclərindən daha çox olduğu qəbul edilərsə, rəqibin uyğunlaşması daha çox mümkündür. Lakin düşmən müqavimət göstərməyə qərar verərsə və uğursuz olarsa, məcburiyyətçinin rədd strategiyasına tətbiq etdikdən sonra hədəf həm müqavimət, həm də uyğunlaşma xərcləri ilə üzləşir. Cəza strategiyası, hədəfin hələ də uyğunluq xərclərini ödəməmək variantlarını və şanslarını saxlamasını nəzərdə tutur. Buna görə inkar strategiyası cəzadan daha təsirli olur. Lakin inkar da məcburedici üçün daha çox xərc tələb edir,4   xüsusən də müdafiəni gücləndirmək və ya hərbi güclənmə yolu ilə vəya idarəetmənin güclənməsini təmin etməklə "əks-məcburetmə tədbirləri" ilə xərclər artırıla bilər. Amerikanın Vyetnamdakı strategiyası buna misal ola bilər. 9  

Nəticə olaraq, bu əsər məcburi diplomatiyanın xarakterini müəyyənləşdirməyə çalışır, bu anlayışın hüdudları daxilində güc tətbiq edilməsinə xüsusi diqqət yetirir. Birinci hissə, qəddar güc və məcburi diplomatiyanın fərqli anlayışlar olduğunu göstərir. Lakin sonrakı təhlillər məcburiyyət güc həddini aşanların müharibə ilə nəticələnə biləcəyini göstərir. Buna görə çıxarılan problemlərdən biri, siyasətçilərin qərar qəbul edərkən bu iki anlayışı necə aydın şəkildə fərqləndirə biləcəyidir. İkinci hissə iki növ məcburetmə strategiyaları arasındakı fərqləri göstərir. Problem, bu anlayışların fərqləndirilməsi mövzusunda ortaq bir fikir olmadığıdır.  

Məsələn, David Baldwin üçün bu anlayışlar “semantik olaraq eyni şəkildə təfsir edilə bilər”.  Məqalənin üçüncü hissəsi rəqiblərə qarşı güc tətbiqetmə formalarını müəyyənləşdirir, bu durumda rasional xərc-fayda təhlilinin həqiqətən qərar qəbul etmə prosesinə təsir etdiyini göstərir. Bu o deməkdir ki, rəqibin hərəkətləri həqiqətən proqnozlaşdırıla bilər, yaxud bu proqnozu pozmaq üçün başqa faktorlar çoxdur? İradəsiz aktyorlar haqqında nə demək olar? Məcburi diplomatiyanın və ya məcburetmə strategiyasının nə olduğunu izah etməyə çalışan bu inşanın ciddi təsviri xarakterinə baxmayaraq, onlarla bu cür sual məzmundan əldə edilə bilər ki, bu da mövzu haqqında hələ həll edilməli olan problemlər və sualların növünü göstərir.

İstinadlar

[1]  Sperandei M., 2006. Bridging Deterrence and Compellence: An Alternative Approach to the Study of Coercive Diplomacy. Cornell University, International Studies Review 8, p. 253-280.
[2]  Horowitz M., Reiter D., 2001. When Does Aerial Bombing Work?: Quantitative Empirical Tests, 1917-1999. The Journal of Conflict Resolution, Vol. 45, No. 2, p. 147-173.
[3]  Byman D., Waxman M., 2002. The Dynamics of Coercion: American Foreign Policy and the Limits of Military Might. Cambridge University Press.
[4] Bratton C.P., 2005. When Is Coercion Successful? Washington D.C., Naval War College Review, Vol. 58, No. 3.
[5]  Sperandei M., 2006. Bridging Deterrence and Compellence: An Alternative Approach to the Study of Coercive Diplomacy. Cornell University, International Studies Review 8, p. 253-280.
[6]  Porter G., 2007. Coercive Diplomacy and War: The Vietnam Precedent. Huffington Post.
[7]  Pape A.R., 2004. The True Worth of Air Power. Foreign Affairs, Volume 83, No. 2.
[8]  Horowitz M., Reiter D., 2001. When Does Aerial Bombing Work?: Quantitative Empirical Tests, 1917-1999. The Journal of Conflict Resolution, Vol. 45, No. 2, p. 147-173.
[9]  Security Studies: An Introduction. 2008. Edited by Paul D. Williams. Taylor & Francis Group, Routledge, p. 222-224.
[10]  Byman D., Waxman M., 2002. The Dynamics of Coercion: American Foreign Policy and the Limits of Military Might. Cambridge University Press.

Mənbələr

  1. Bratton C.P., 2005. When Is Coercion Successful? Washington D.C., Naval War College Review, Vol. 58, No. 3.
  2. Byman D., Waxman M., 2002. The Dynamics of Coercion: American Foreign Policy and the Limits of Military Might. Cambridge University Press.
  3. Horowitz M., Reiter D., 2001. When Does Aerial Bombing Work?: Quantitative Empirical Tests, 1917-1999. The Journal of Conflict Resolution, Vol. 45, No. 2, p. 147-173.
  4. Pape A.R., 2004. The True Worth of Air Power. Foreign Affairs, Volume 83, No. 2.
  5. Porter G., 2007. Coercive Diplomacy and War: The Vietnam Precedent. Huffington Post.
  6. Schaub G., 2004. Deterrence, Compellence, and Prospect Theory. Political Psychology, Vol. 25, No. 3, Special Issue (Part Two): Prospect Theory, p. 389-411.
  7. Security Studies: An Introduction. 2008. Edited by Paul D. Williams. Taylor & Francis Group, Routledge. 
  8. Sperandei M., 2006. Bridging Deterrence and Compellence: An Alternative Approach to the Study of Coercive Diplomacy. Cornell University, International Studies Review 8, p. 253-280. 


DİGƏR YAZILAR