Kənan Aslanlı Ankara Yıldırım Bəyazit Universitetində Rusiyanın xarici enerji siyasəti, Avrasiya enerji geosiyasəti və siyasi iqtisadiyyat məsələləri üzrə fəlsəfə doktoru namizədidir. Əvvəllər o, Asiya İnkişaf Bankında, Avropa Komissiyasında, Bremen Universitetində Şərqi Avropa Araşdırmaları üzrə Tədqiqat Mərkəzində, Təbii Sərvətlərin İdarə Edilməsi İnstitutunda, Beynəlxalq Büdcə Tərəfdaşlığı təşkialtında və Norveç Beynəlxalq Münasibətlər İnstitutunda (NUPI) regional enerji, fiskal siyasət və siyasi iqtisadiyyat layihələrində layihə tərəfdaşı, proqram işçisi və tədqiqatçı olub. Kənan Aslanlı Avstriyanın Vyana Tətbiqi Elmlər Universitetində qısa müddətə qonaq müəllim olub.