İlkin Quliyev hazırda Qlazqo Universitetində İMCEERES (Mərkəzi və Şərqi Avropa, Rusiya və Avrasiya tədqiqatları üzrə beynəlxalq magistr) proqramı çərçivəsində magistr dərəcəsi alır. İlkin Bakı Dövlət Universitetindən tarix üzrə bakalavr dərəcəsinə sahibdir. O, Macarıstan və Polşanın daxili və xarici siyasət strategiyaları üzrə ixtisaslaşıb və Mərkəzi Avropa ilə yanaşı, Qafqazda, şərqi Avropada və Yaxın Şərqdə baş verən hadisələrlə də maraqlanır. İlkin sülh quruculuğu, media və məlumatların vizuallaşdırılması ilə bağlı müxtəlif layihələr də təşkil edib.