İbrahim Məmmədov ADA universitetinin Beynəlxalq Münasibətlər ixtisası üzrə sonuncu kurs bakalavr tələbəsidir və təhsil dövrünün VI semestrini İtaliyanın Boloniya Universitetində tamamlamışdır. O, Meksikanın Azərbaycandakı səfirinin Tədqiqat Köməkçisi kimi Avrasiya Nəqliyyat Dəhlizləri, Avropanın Enerji Təhlükəsizliyi və Mərkəzi Asiya məsələləri üzrə tədqiqat təcrübəsinə malikdir. İbrahim Məmmədov hal-hazırda Qafqaz Siyasi Araşdırmalar Mərkəzində (CPAC) Tədqiqat Köməkçisi kimi işləyir və burada Mərkəzi Asiya məsələləri və Ermənistan-Azərbaycan münasibətlərinin tədqiqi ilə məşğul olur. O, tədqiqat üzrə Azərbaycan Respublikasının İtaliyada yerləşən səfirliyinin Siyasi və Konsulluq şöbələrində və Meksikanın Azərbaycandakı səfirliyinin Siyasi və İqtisadi bölmələrində təcrübə qazanmışdır. İbrahim Məmmədovun əsas tədqiqat sahələrinə həmçinin, Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarına fokuslanan Post-Sovet məsələləri, Münaqişələrin araşdırılması və həlli aiddir.