Səbuhi Xəlili Mərkəzi Avropa Universitetində iqtisadiyyat ixtisası üzrə magistr dərəcəsi almışdır. Hal-hazırda Çexiya Respublikasında OGResearch konsultinq şirkətində iqtisadçı kimi çalışır. Şirkət Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Valyuta Mübadilə Fondu (TCX) başda olmaqla müştəriləri üçün ayrı-ayrı ölkələr üzrə proqnozlar hazırlayır və dövlət müəssisələri üçün texniki yardım missiyaları təşkil edir. Səbuhi daha əvvəl iki il Azərbaycan Respublikası Maliyyə Nazirliyində də iqtisadçı kimi fəaliyyət göstərmişdir.