Yunis Qurbanov Azərbaycanda doğulmuş və bakalavr dərəcəsini də 2006-cı ildə burada Sosial elmlər üzrə almışdır. 2011-ci ildə o, magistr təhsilini fərqləndirmə dərəcəsi ilə Beynəlxalq münasibətlər üzrə almışdır. Hal-hazırda Köln universitetinin Beynəlxalq münasibətlər və siyasi elmlər və Avropa araşdırmaları tədqiqat instutunun xarici siyasəti kafedrasında professor və müəllimdir. O, Nyu-Yorkun Kolumbiya universitetinin Harriman instutunda və Bakı Dövlət universitetində elmi araşdırma aparmışdır. Onun ixtisaslaşdığı sahələr Mərkəzi Asiyanın və Cənubi Qafqazın gesosiyasəti, Xəzər regionunda enerji siyasəti, Rusiyanın Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətlərinə qarşı xarici siyasətini əhatə edir.