Rəna Bayramova Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsini bitirib. Daha sonra Belçika Krallığının KU Leuven universitetində Avropaşünaslıq ixtisası üzrə magistr təhsili alıb. Hal-hazırda Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər kafedrasında müəllim kimi çalışır. Onun araşdırma sahələri beynəlxalq münasibətlər, regionşünaslıq, beynəlxalq hüquq, Avropa hüququ, geosiyasət, etnosiyasi konfliktlər sahələrini əhatə edir. Bu günə kimi Avropa İttifaqının qanuniliyi, münaqişələrin regional kontekstdə analizi mövzularında araşdırmalar aparmışdır.