Nigar Müzəffərova Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə bakalavr dərəcəsinə malikdir. Data vizuallaşdırılması və Qafqaz regionunda iqtisadi tendensiyalar onun əsas maraq dairəsi olsa da, Nigar həm də texnoloji yeniliklər və innovasiya sahəsindəki yenilikləri yaxından izləyir.

O, 2019-2020-ci illər üzrə Gürcüstan əsaslı CAT proqramının, 2021-ci ildə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən təşkil olunan Münaqişə Məktəbinin, 2022-ci ildə Almaniyanın İnterlink Akademiyasının "Media və informasiya savadlılığı" proqramlarının məzunudur. 

Nigar gənclərlə iş sahəsindəki təcrübə ilə yanaşı, qeyri-formal öyrənmə metodları və sülh təhsili sahələrində layihə yazılması və koordinasiyası üzrə ixtisaslaşmışdır. Bundan əlavə, Nigar insan hüquqları təhsili, qeyri-formal öyrənmə metodları və sülh quruculuğu ilə bağlı bir çox təlimlər və konfranslarda iştirak etmişdir.