Bayram Bayramov Bakı Dövlət Universitetinin Tarix fakültəsində bakalavr, AMEA-nın Tarix İnstitutunda magistr təhsili alıb. O həmçinin San Dieqo Universitetinin “Mediasiya və Münaqişə Həlli” üzrə sertifikasiya proqramının məzunudur. Tədqiqat maraqları tarixşünaslığın milli kimlik quruculuğunda rolu, millətçilik tədqiqatları, münaqişə və sülh araşdırmaları kimi sahələri əhatə edir. Bayram həmçinin sülhquruculuğu mövzusunda müxtəlif layihələrin təşkilatçısı və iştirakçısı olub.