Məhərrəm Əkbərov Topçubaşov Mərkəzində təcrübəçi kimi fəaliyyət göstərir. Hazırda o, Varşavada yerləşən Vistula Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə üçüncü kurs tələbəsidir. Bundan öncə Ankaradakı Orta Şərq Texniki Universitetində (METU) Sosiologiya üzrə təhsil alıb. Onun elmi maraq dairəsinə diplomatiya, regional təhlükəsizlik və Yaxın Şərq və Şimali Afrika (MENA) regionunda beynəlxalq münasibətlər daxildir. Məhərrəm, xüsusilə, dövlət quruculuğu və xarici siyasət məsələlərini araşdırır.