Politicon.co

Dəkkənin süqutu: fərqli nöqteyi-nəzər

Dəkkənin süqutu: fərqli nöqteyi-nəzər

Pakistanlı general-leytenant Ə. A. X. Niyazi Təslim Aktını imzalayaraq Banqladeş Azadlıq Müharibəsini sona çatdırır. 16 dekabr 1971

16 dekabr 1971-ci il Dəkkənin süqutu günü kimi bilinir (Ahmed, 2004). Məhz bu tarixdə Şərqi Pakistan Banqladeşə çevrildi. Bu hadisə ilə bağlı hələ də cavablandırılmalı olan bir çox sualların qalması təəssüf hissi doğurur. Bununla yanaşı, yəni nəslin çox zaman xəbərsiz olduğu, 48 il əvvəl baş vermiş bu faciəvi hadisə ilə əlaqədar çoxlu sayda saxta, uydurma baxışlar və təsəvvürlər mövcuddur. Əvvəlcə vurğulamaq lazımdır ki, Dəkkənin süqutu ilə bağlı ədəbiyyatda rast gəldiyimiz tipik narrativ akademik çevrələrdə sponsorluq edilən elementlər tərəfindən yayılır və təşviq edilir. Bu birtərəfli yanaşmaya görə, milyonlarla insana qarşı soyqırımı və təcavüz haqqında uydurma rəqəmlər bu günə qədər də sübut olunmamışdır.

Hər il Hindistan 16 dekabrı Pakistan Ordusunun illərdir davam edən müstəmləkəçiliyinin və vəhşiliklərinin sona çatdığı gün kimi qeyd edir. Lakin burada məsələnin digər tərəfi də var.  Şərqi Pakistandakı siyasi qarışıqlıqları görən Hindistan, etno-linqvistik hissləri qızışdırmaq və yerli yarım-hərbi qruplaşmalara təlim vermək yolu ilə rəqibini iki hissəyə bölmək fürsətini fövtə vermədi. Hindistan tərəfi özünü xeyirxah kimi göstərərək guya benqalların rifahı ilə bağlı romantik və altruistik davranışlar nümayiş etdirdi. Ancaq reallıq başqadır. Əgər biz 1971-ci il müharibəsindən əvvəl baş verən bir sıra hadisələri tənqidi nəzərdən keçirsək, bu savaşın Hindistanın yaramaz planlarına xidmət etdiyi şəkildə qurulduğunu görə bilərik. Beləliklə, Hindistanın əsasən öz milli maraqlarına uyğun şəkildə davrandığını, benqalları isə heç düşünmədiyini söyləmək mümkündür (Haider, 2009).

Açıq-aydındır ki, Hindistan heç vaxt Banqladeşin güclü və müstəqil olmağına dəstək verməmiş və lap əvvəldən problemlər yaratmışdır. Hindistan Qanq çayı və Banqladeş sərhədi yaxınlığında Farakka dambasının inşası ilə əlaqədar mübahisələrə görə Banqladeşə qarşı düşmən münasibətlərini davam etdirdi. Bu, benqalların Hindistanla bağlı təsəvvürünü dəyişdirir və Banqladeş indi Hindistanı ictimai-siyasi, ekoloji və strateji problemlərə görə təhdid hesab edir (Barbhuiya, 2009). Eyni şəkildə, dəniz sərhədlərində qarşıdurma və Banqladeş vətəndaşlarının sərhəddə qətlə yetirilməsi məsələləri də hələ həllini tapmayıb. Hindistanın azadlıq müharibəsi veteranı, bir vaxtlar İndira Qandi və General Caqcit Sinqh Avroranın ən sevimli şəxsi olaraq qəbul edilən mayor Şəriful Haq Dalimdən öz maraqları üçün istifadə etdiyi də məlumdur. Dalim xidmətlərinə görə Banqladeşin ən yüksək mükafatlarına layiq görülsə də, Hindistan ondan heç bir fayda görmədiyi o, axtarışa verilmişdi.

“Banqladeş, açılmamış faktlar” adlı kitabında mayor Dalim Hindistanın ondan öz ölkəsinə qarşı istifadə etdiyini etiraf edib (Dalim, 2005). Onun sözlərinə görə, Hindistan Banqladeşin güclü olmasını istəmir və onu özündən asılı salmaq üçün bəd niyyətli planlar hazırlayır. Başqs sözlə, müstəqil bir Banqladeş Hindistan üçün əlverişli deyil və Hindistan güclü və sabit bir Banqladeşi öz milli təhlükəsizliyi üçün təhdid olaraq qəbul edir. Dalimin fikrincə, Banqladeş və Pakistan güclərini birləşdirsələr, Hindistanı asanlıqla qısqaca ala bilərlər. Kitabında o, Hindistanın Pakistan və Banqladeş arasında davamlı bir uçurum yaratmaqda qərarlı olduğunu qəti şəkildə qeyd edir. Pakistan və Banqladeş arasında sağlam və sabit qarşılıqlı münasibətlər Hindistanın xeyrinə olmadığına görə, sonuncu uçurumu və anlaşılmazlıqları dərinləşdirmək üçün ziddiyyətli mövzuları təşviq edir.

Lakin bu təbliğatla faktlar arasında fərq var. Şübhəsiz ki, Pakistanın siyasi və hərbi rəhbərliyi bir müddət Şərqi Pakistanda baş verənləri yanlış anlamış və çoxlu sayda səhv etmişdi. 

Bununla yanaşı, Pakistana qarşı beynəlxalq sui-qəsd planı da hazırlanmışdı. Məlumdur ki, Hindistan Şərqi Pakistanla sərhədlərini açmış, “Mukti-Bahini” (benqal azadlıq ordusu) üzvlərini miqrant kimi öz ərazisinə qəbul etmiş, onları silah-sursatla təmin edərək partizan müharibəsi taktikaları təlimi keçmişdir (Das & Kumar, 2019). Hindistanın sərhəd bölgələrində benqal mühacirlər üçün 18 düşərgə vardı. Bu düşərgələrdə “Mukti-Bahini”yə təlim keçmək üçün Hindistan Ordusunun general-mayoru və üç briqadiri məsul idi. “Tamil pələngləri”nə təlim keçmiş Hindistanın eyni taktikanın 1983-1986-cı illərdə Şri Lanka əleyhinə istifadə etdiyini də bildirmək burada yerinə düşər (Nieto, 2008). Lakin Pakistan və Şri Lanka arasında effektiv kəşfiyyat mübadiləsi ilə sonuncu bu məsələni həll etməyə müvəffəq olmuşdu. 

Hindistan Banqladeşin müttəfiqi və əsas ticarət tərəfdaşı olduğunu iddia edir, amma real faktları araşdırsaq, Hindistan və Banqladeş arasında ticarət kəsirini görə bilərik. Hindistan Banqladeşə 6,8 milyard dollardan çox mal ixrac edir; bunun müqabilində isə Banqladeşdən idxala rüsum (məsələn, anti-dempinq rüsumu) tətbiq edir.  İkitərəfli ticarət kəsiri, Hindistana Banqladeş ixracatını çətinləşdirən Hindistanın proteksionizm siyasətinə görə genişlənir (Gupta, 2007). Hindistan özünü Banqladeş üçün böyük qardaş rolunda təqdim edir, lakin milli maraqlarına xidmət edən təcavüzkar siyasəti Banqladeş tərəfindən təhdid kimi qəbul olunur. 

Digər tərəfdən, Pakistan 1974-cü ildə Banqladeşi tanımış və o vaxtdan bəri müxtəlif sahələrdə gələcək əməkdaşlığa hazırdır. Hər iki ölkənin bir çox ortaq nöqtəsi var; hər ikisi Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyasının təsisçiləri, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Millətlər Birliyinin üzvləridir. Başqa sözlə, hər iki dövlətin əməkdaşlıq edə və bir-birlərindən faydalana biləcəyi bir sıra platformalar mövcuddur (Mahmood et al., 2015). 

Bütün bunlarla yanaşı Cənubi Asiyada hegemonluq iddialarına malik Hindistanın reallığını ifşa etmək vacibdir. Hal-hazırda Hindistan azlıqları təhdid edir və ziddiyyətli vətəndaşlıq qanununu qəbul etdikdən sonra tam xaos vəziyyəti yaranıb. Ölkədə azlıqlar üçün siyasi məkan sürətlə kiçilir (Chaudhary & Marlow, 2019), eyni şəkildə, müxtəlif azadlıq hərəkatları artır. Hindistanda keçmiş baş nazir İndira Qandinin Dəkkənin süqutu ilə bağlı bəyanatı hələ də dominantlıq edir: “Min ilin qisasını aldıq… İki millət nəzəriyyəsini Benqal körfəzində boğduq.” Lakin “Bharatiya Canata” partiyası (BCP) iqtidarının müsəlmanlara və digər azlıqlara qarşı hərəkətləri iki millət nəzəriyyəsinin hələ də canlı olduğunu təsdiqləyir.
 

References: 

1. Ahmed, K. (2004). Fall of Dhaka: Ready to Face the Truth?. Friday Times, 15 (46).
2. Dalim, S. H. (2005). Bangladesh: Untold Facts. Nobojagoron Prokashoni.
3. Das, S., & Kumar, B. (2019). Indian Military Involvement in the 1971 Crisis of East Pakistan: A Justification of Level of Analysis. American Journal of Theoretical and Applied Business, 5(4), 84-89.
4. Gupta, S. (2007). India-Bangladesh bilateral trade and potential free trade agreement (The World Bank Bangladesh Development Series). The Journal of Indian Management & Strategy 8M, 12(2), 58-59.
5. Haider, Z. (2009). A revisit to the Indian role in the Bangladesh liberation war. Journal of Asian and African Studies, 44 (5), 537-551. doi: 10.1177/0021909609340062.
6. Levie, H. S. (1974). The Indo-Pakistani Agreement of August 28, 1973. American Journal of International Law. American Society of International Law. 68 (1): 95–97
7. Mahmood, A., Farooq, S., & Awan, N. (2015). Bangladesh-Pakistan relations: A hostage to history. American International Journal of Contemporary Research, 5, 66-77.
8. Nieto, W. A. S. (2008). A war of attrition: Sri Lanka and the Tamil Tigers. Small Wars & Insurgencies, 19(4), 573-587.
9. Vinayaraj, V. K. (2009). India as a Threat: Bangladeshi Perceptions. South Asian Survey 16.1 (2009): 101-118.
10. Chaudhary A., Marlow I. (2019). Why India’s Students Are Angry and Its Muslims Are Worried. Washington Post. Dec. 19, 2019.

 

Müəllif haqqında: 

Sahibzadə M. Səid İslamabaddan olan beynəlxalq münasibətlər üzrə analitik və sərbəst köşə yazarıdır. O, Dövlət Müdafiə Universitetinin Beynəlxalq Münasibətlər üzrə magistraturasını bitirib. 


DİGƏR YAZILAR